Haqqında

İnsan Resurslarının idarə edilməsi sahəsində müxtəlif sahələrdə və böyük komandalarla peşəkar təcrübəyə malik, İnsan resursları strategiyasını biznes məqsədləri ilə uyğunlaşdıran, sistemli və nəticəyönümlü rəhbərəm. Nəqliyyat, logistika, gömrük, satış, qida, mağaza və gözəllik sektorlarında İnsan resursları siyasətlərinin qurulması, işə qəbul, adaptasiya, performansın qiymətləndirilməsi, işçi məmnuniyyəti və loyallıq proqramlarının tətbiqi üzrə geniş praktiki biliklərə malikəm. Eyni zamanda İnsan resurslarının qurulması və idarə olunmasıda outsourcing, freelancer xidmətləri üzrə peşəkar təcrübəyə sahibəm.

İş Təcrübəsi
İnsan Resurslarının İdarə edilməsi üzrə Menecer
“Beauttech” MMC by Elnara Nakhmedova
📅 İyul 2024 — Dekabr 2025
· İnsan Resursları siyasətini sıfırdan işləyib hazırlamışam və sistemləşdirmişəm. · Talent Acquisition startegiyasını və onboarding proseslərini qurub icrasını idarə etmişəm. · İşçi heyyətinin peşəkar inkişaf üçün təlim ehtiyaclarının müəyyənləşdirib təlimləri planlaşdırmış və təlimlər keçmişəm. · Dövlət qrumları ilə birgə layihələr həyata keçirtmişəm
İnsan resursları və ümumi işlərin idarə edilməsi şöbəsinin meneceri
“My Broker” gömrük təmsilçiliyi və logistika
📅 May 2019 — Avqust 2023
· İnsan resurslarının optimallaşdırmış və işçi heyətinin effektiv idarə etmişəm. · İşçi məmnuniyyəti və loyallığının yüksəldilməsi üçün motivasiya (maddi və qeyri-maddi) proqramlarını müəyyənləşdirib və icrasıa müvəffəq olmuşam. · İşçilərin rotasiyası və düzgün yerləşdirilməsi həyata keçirtmişəm və karyera inkişafını planlaşdırmışam. · Recruitment və onboarding proseslərinin sistemləşdirmişəm və təşkil etmişəm.
İnsan resursları üzrə baş mütəxəssis
AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Baki Taksi Xidməti” MMC
📅 Noyabr 2015 — May 2019
· Cəmiyyətdə daxili nizam-intizam qaydalarına, həmçinin işçilər arasındakı subardinasiya qaydalarına, iş vaxtı uçotun qeydiyyatına (davamiyyət) qaydalarına nəzarəti həyata keçirtmişəm. · İnsan Resursları üzrə Əməliyyatların təşkil etmək, idarə etmək, icarası və davamlılığı təmin etmək, E-GOV alt sistemində icraların həyata keçirmək, işə qəbul, məzuniyyət, vəzifə dəyişikliyi, xitam, xəbərdarlıq və digər əmrlərin, müqavilələrin hazırlanması, ezamiyyətlərin təşkili, İR aid olan şəxsi işləri formalaşdırmaq, aylıq tabellərin hazırlamaq və aylıq əmək haqqı hesablanmasına nəzarət etmək, İSB və digər əməliyyatların həyata keçirilməsi kimi İR əməliyyatlar sistemini idarə etmişəm. · Sənəd dövriyyəsi sistemlərinin işlənib hazırlayıb, onların yerləşdirilməsini və saxlanılmasını, axivə təhvil verilməsini təşkil etmişəm. · Dövlət yoxlamaları və audit prosesləri zamanı şirkəti təmsil edib cavabdeh şəxs qismində iştirak etmişəm. · Dövlət əhəmiyyətli tədbirlərin təşkilində iştirak etmişəm.
İnsan resursları üzrə assistent / mütəxəssis
“Baki Taksi” MMC
📅 May 2012 — Noyabr 2015
· İnsan Resursları üzrə E-GOV alt sistemində icraları həyata keçirmək, işə qəbul, məzuniyyət, vəzifə dəyişikliyi, xitam, xəbərdarlıq və digər əmrlərin, müqavilələrin hazırlanması, əməkdaşların şəxsi işlərinin formalaşdırılması, İSB və digər əməliyyatların həyata keçirilməsi kimi ilkin İR əməliyyatlarını icra etmişəm.
Təhsil
🎓
Azərbaycan İctimai Siyasi Universiteti Ümumi iqtisadiyyat - Beynəlxalq İqtisadi Münasibətlər
Bakalavr
2007-2011
Sertifikatlar
🏆
Human Resources Management
International Education Research Certificate Center (IEEC)
2024
🏆
Strategic Human Resources
Online platforma
2023
🏆
Talent Management
Online platforma
2023
🏆
Karyeranın İdarə Olunması
İnsan Resursları
2019
🏆
İnsan Resurslarının İdarə Edilməsi
Business Management School
2016
Dillər
🌐
Rus dili
Qabaqcıl
🌐
İngilis dili
Orta

Əlaqə saxlayaq 👋

İşbirliyi, müsahibə və ya digər məsələlər üçün əlaqə saxlaya bilərsiniz.