▪ Təşkilatın məqsəd və vəzifələrinə uyğun İnsan Resursları siyasətinin təlimatına əsasən qlobal və regional standartlara, təlimatlara və yerli tələblərə uyğun konsepsiyaların işlənib hazırlanması, qiymətləndirilməsi üçün xətt rəhbərliyi ilə sıx əməkdaşlığın edilməsi;
▪ İnsan Resursları dövrünə əsaslanan İR sahələri ilə bağlı bütün standartların, təlimatların, sistemlərin və proseslərin həyata keçirilməsini, uyğunlaşdırılmasını,təqibini və gələcək inkişafının təmin edilməsi;
▪ Məlumatları təhlil edilərək və İR göstəricilərindən istifadə edərək rəhbərliyə hesabatın verilməsi və Şirkətdə İR sahəsində olan çatışmamazlıqların aradan qaldırılması üçün təkliflər vermək;
▪ İR qrupunun büdcəsinin və Şirkətin İR bağlı işlənib hazırlanması və monitorinqi;
▪ Şirkətdaxili işgüzar mədəniyyətin inkişaf etdirilməsi üçün təşkilati strukturu və funksiyaları anlamaq, idarəetməni və təcrübələrin dəyişdirilməsi və uyğunlaşdırırlması üçün təkliflər vermək;
▪ İnsan Resursların Planlaşdırılması və İş Dizaynı, İşə Qəbul və Seçim, Öyrənmə, İnkişaf və Karyera, Performans İdarəetmə, Kompensasiya və müavinətlərin idarə edilməsi;
▪ Təşkilatın əsas heyət və layihələr üzrə yüksək ixtisaslı işçilərin işə cəlb edilməsi, İstedadların idarə edilməsi, rotasiyası və yerləşdirilməsi;
▪ Yeni işə qəbul üçün oriyentasiya və onboarding proqramı, həmçinin hazırlanması prosesinə və icrasına nəzarətin edilməsi;
▪ Yeni işçilər tərəfindən adaptasiya dövrünün başa çatdırılması prosesinə nəzarət. Bütün bölmələrdə Adaptasiya,Mentorluq üzrə proqramların həyata keçirilməsi və icrası;
▪ Təşkilatın regionlarda olan layihələrə tez-tez baş çəkmək, Layihə rəhbəri və işçi heyətlə görüşmək, dinləmək, layihə işçi resursların inkişafını planlaşdırmaq, İş vaxtı uçotun qeydiyyatını (Tabel) nəzarətdə saxlamaq, İşçi heyətin sosial təminatının ( Gündəlik yemək, yataq şəraiti, ezamiyyə xərci) idarə olunması;
▪ Əməyin ödənilməsi, faydalar, sağlamlıq və təhlükəsizlik kimi müxtəlif İR məsələləri üçün korporativ planlar hazırlanmasını təmin etmək;
▪ İşçi sayının işin həcminə uyğun olaraq optimallaşdırılması və işçi ehtiyatının formalaşdırılması;
▪ Əsas səmərəlilik göstəriciləri (KPİ) yol xəritəsinin hazırlanması və tətbiq olunması;
▪ Performans səviyyələrinin yaxşılaşdırılması yollarını müəyyən etmək məqsədilə performans səviyyələrini izləmək və qiymətləndirmək;
▪ İşçi resurs qrupunun yaradılması və işçilərin işə cəlb olunmasını artırmaq və işdə saxlanmasını yaxşılaşdırmaq, davamçıların yetişdirilməsi üçün tədbirlərin planlaşdırılması;
▪ İşçi heyətin sertifikatlaşdırılması, inkişafı, qiymətləndirilməsi və 360 dərəcə qiymətləndirilmə siyasətin hazırlanması;
▪ Mükafat sistemi, qeyri-maddi motivasiya vasitələrinin tərtib edilməsi və həyata keçirilməsi;
▪ Sənəd İdarəetmə Sistemlərinin inkişafına töhfə vermək və onların yerləşdirilməsini və saxlanmasını, yenilənməsini və yerli qanunvericiliyə uyğun olmasının təmin edilməsi;
▪ Əmək bazarının vəziyyətinin və əmək haqqı tendensiyaları, əmək haqqı səviyyəsinin monitorinqi eləcə də ümumi iqtisadi vəziyyət haqqında biliyə malik olmaqla kadr dəyişikliyi səbəblərinin təhlili, onların azaldılması üzrə tədbirlərin işlənib hazırlanması;
▪ Məlumatların toplanması, inteqrasiya, miqrasiya və təlimlər kimi rəqəmsal transformasiyanın idarə edilməsinə, eləcə də təşkilati rəqəmsal texnologiyalarını mənimsəmək üçün çevikliyə cavabdeh olması;
▪ Kouçinq komandasının inkişafı, işə olan həvəs,maraqlarının artırılması və məmnunluq tədqiqatları kimi dəstəkləyici fəaliyyətlərin təşkilini və qiymətləndirilməsi,o cümlədən işçilərin üçün təşkilati mədəniyyətin inkişafı strategiyalarının hazırlanması və həyata keçirilməsini təmin edərək nəzarət etmək;
▪ Əməkdaşlığa əsaslanan və yüksək məhsuldarlıq mədəniyyətini inkişaf etdirərək İnsan Resursları komandasına rəhbərliyi təmin etmək;
▪ Heyətin effektiv işləməsində mütəmadi görüşləri asanlaşdırmaq,planlaşdırmaq və bölmələr arasında komanda üzvləri ilə əməkdaşlığı gücləndirmək, qarşılıqlı təlimə təşviq etmək və bir-birinə dəstək verməklə müsbət və məhsuldar iş mühitini təmin edərək işçi münasibətlərinin qurulmasına nəzarət etmək;
▪ Komanda daxilində, xaricində ünsiyyət və əməkdaşlığı asanlaşdırmaq;
▪ Dəyər Əsaslı Davranış siyasətləri və alətlərinin həyata keçirilməsi və monitorinqin aparılması;
▪ Strateji məqsədlərinin və qlobal siyasətlərin, proseslərin və qorunma prinsiplərinin və təsdiq edilmiş siyasətin tənzimləməsinin, eləcə də Davranış Kodeksinin və gender siyasətinin həyata keçirilməsində potensialın artırılması üçün sıx əməkdaşlığın edilməsini və riayət olunmasına nəzarətin olunması;
▪ Təlim bazarı və meylləri haqqında ümumi məlumat əldə etməklə təlimlər üçün təqdimatlar hazırlamaq,təlimlərin ölçülməsi və analizin olunması, səmərəli şəkildə həyata keçirilməsini təmin etmək;
▪ İdarəetmə qurupları/menecerlərin üçün liderlik qabiliyyətinin inkişaf etdirilməsi və mütəmadi təkmilləşdirilməsi sahəsində təlimi proqramlarını lazırlamaq və komanda performansını artırmaq üçün departament/şöbə rəhbərlərinə koçinq və mentorluq təqdim etmək;
▪ İşçilərə karyera perspektivləri, şəxsi problemlər, işlə bağlı problemlər, şikayətlər, nizam-intizam və s. kimi məsələlərdə məsləhətlər vermək;
▪ Yeni məzunlarla iş, tələbələr üçün təcrübəçi proqramını departamrnt/şöbə müdirləri ilə birlikdə təcrübə keçməsinə nəzarət etmək və qiymətləndirmək;
▪ İR sifarişlərinin hazırlanması (işə qəbul, məzuniyyət, yüksəliş, işdən çıxarılma/xitam, xəbərdarlıq);
▪ İR daxili hesabatların hazırlanması və dəstəklənməsi;
▪ İş təhlilinin aparılması və vəzifə təlimatlarının hazırlanması;
▪ Sığorta, məzuniyyət, xəstəlik və işçilərə yardım kimi idarəetmə və koordinasiya müavinət proqramları;